Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Azərbaycanda kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar komissiya yaradılıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti birgə məlumat yayıb.
Maraqlıdır ki, bu məsələ Rusiya mediasında geniş şəkildə işıqlandırılıb.
Hətta qərar son zamanlarda gərginləşən Bakı-Moskva münasibətləri fonunda dəyərləndirilib.
Yeni komissiya Moskvanın diqqətini niyə bu qədər çəkdi? Rusiya informasiya sahəsində Azərbaycana qarşı hansı addımlar atmağı planlaşdırır?
Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, Qafqazda Rusiya ilə münasibətləri normal olan yeganə dövlət Azərbaycan idi: “Lakin Rusiya AZAL-a məxsus təyyarəni vurdu, bundan sonra müxtəlif təhdidlər səsləndirdi.
Hazırda isə o ölkədə azərbaycanlılara qarşı kütləvi hücumlara start verilib və bütün bu hadisələr müəyyən bir nöqtəyə yönəlib.