Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Xantı-Mansi Muxtar Dairəsi (XMAO) Dumasının deputatı, azərbaycanlı diaspor nümayəndəsi Xalid Tağızadə öz çıxışına görə rəsmi şəkildə üzr istəməyə məcbur qalıb.
"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, Xalid Tağızadə daha öncə parlament iclasında Yuqranın (XMAO) və Tümen vilayətinin bir hissəsinin türklərin tarixi vətəni olduğunu demişdi.
Bu açıqlama Rusiya ictimaiyyətində kəskin etirazla qarşılanıb. Azərbaycanlı deputatın üzərinə dəhşətli basqı həyata keçirilib.
Deputat sonradan açıqlama verərək sözlərinin yanlış anlaşıldığını bildirib: “Yuqranın miqrantlar üçün cəlbedici olmasının mümkün səbəbləri barədə fərziyyə irəli sürdüm.
Qəti hökm deyil, sadəcə fərziyyə idi. Təəssüf ki, sözlərim birmənalı qarşılanmadı.
Bunun üçün dərin təəssüf hissi keçirir və üzr istəyirəm,” – deyə Tağızadə qeyd edib.
Qeyd edək ki, deputat daha əvvəl parlamentdə belə demişdi: “Miqrantlar müxtəlif olur.