Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Sankt-Peterburq şəhərində 28 yaşlı azərbaycanlı Yaqub Süleymanov keçmiş sevgilisini qətlə yetirməkdə şübhəli bilinir.
BAKU.WS-in məlumatına görə, hadisə noyabrın 12-də Kalinin rayonunda qadınlara yardım mərkəzinin yaxınlığında baş verib.
Məlumata görə, 27 yaşlı qadın müəssisənin açılmasını gözləyərkən Süleymanov ona səkkiz bıçaq zərbəsi endirib və boğazını kəsib. Hadisədən sonra ərazidən uzaqlaşan şübhəli 112 xidmətinə zəng edərək cinayəti törətdiyini etiraf edib və qısa müddət sonra saxlanılıb.
Rusiya mediasının məlumatına əsasən, hadisədən əvvəl kişi qadından 2025-ci ildə onun üçün xərclədiyini iddia etdiyi 800 min rublu geri tələb edib. Hətta borcun ödənilməsi üçün qadına böyrəyini satmağı təklif edərək onu öldürməklə hədələyib.
Noyabrın 13-də 78.ru portalı Süleymanovun qadına ünvanladığı təhdidlərin əks olunduğu telefon danışığının səs yazısını yayımlayıb. Səsyazısında onun qadına cəmi iki saat vaxt verdiyi, əks halda bədən üzvlərini kəsəcəyi və bıçaqlayacağı ilə hədələdiyi eşidilir.
Məlumata görə, qadın mütəmadi zorakılığa məruz qaldığı üçün sentyabr ayında ondan qaçaraq gizlənməyə başlayıb. Şübhəlinin əvvəllər məhkum olunduğu, üç övladının olduğu bildirilir. Öldürülən qadın isə onun kiçik övladının anasıdır.