Rusiyada azərbaycanlı GÜLLƏLƏNDİ

28.11.2024

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Rusiyanın Moskva vilayətində azərbaycanlı güllələnib.

Hadisə İvan Franko küçəsindəki kafedə baş verib.

Burada iki qrup müştəri arasında münaqişə yaranıb. Mübahisənin qızğın vaxtında naməlum şəxslərdən biri oradan travmatik tapança çıxararaq 31 yaşlı azərbaycanlıya bir neçə dəfə atəş açıb. Zərərçəkmiş xəstəxanaya aparılıb. Atışmada əli olmaqda şübhəli bilinən iki Kabardin-Balkar sakini saxlanılıb.

Araşdırma aparılır. /Lent.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью