Rusiyada azərbaycanlı məktəblinin ölümünə səbəb oldu

10.12.2024

Icma.az, Milli.az saytına istinadən bildirir.

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı sürücü qəza törədib.

Milli.Az bildirir ki, hadisə dekabrın 5-də Sadovoy kəndi yaxınlığındakı magistral yolda baş verib.

17 yaşlı məktəbli Artem qəza nəticəsində dünyasını dəyişib. Məlumata görə, hadisə baş verən gün oğlan məktəbdən yayınaraq qonşusu ilə işə gedib.

İlkin məlumatlara görə, Azərbaycan vətəndaşının idarə etdiyi mikroavtobus içərisində yeniyetmənin olduğu dayanmış yük maşınına çırpılıb. Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Mikroavtobusun sürücüsü daha əvvəl idarəetməni itirərək yolun kənarına çıxıb. Hər iki sürücü ayıq olub və xəsarət almayıb. Polis qəzanın son səbəbini müəyyən etmək üçün araşdırma aparır. /lent.az

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью