Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib

15.09.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyada azərbaycanlı İjevsk Şəhər Dumasının deputatı seçilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Bəhruz Əli oğlu Qumbətov Udmurtiya Respublikasının İjevsk şəhərinin 25 saylı İttifaq seçki dairəsindən şəhər dumasına deputat seçilib.

Onun namizədliyi rayonda təxminən 56 faiz səs toplayıb.

Qeyd edək ki, Bəhruz Qumbətov 1978-ci il noyabrın 26-da Gürcüstanın Dmanisi rayonunun Ormaşen kəndində anadan olub. Udmurtiya Dövlət Universitetinin Hüquq, Sosial İdarəetmə və Təhlükəsizlik İnstitutunu bitirib.

Xatırladaq ki, dünən Rusiyada vahid seçkilər günü olub. Ölkənin 21 subyektinə rəhbər, dövlət hakimiyyətinin qanunvericilik orqanlarına və bələdiyyəyə deputatlar seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью