Rusiyada azərbaycanlılara qarşı əməliyyat Yeni Çağ Media

23.01.2025

Icma.az bildirir, Yenicag portalına istinadən.

Rusiya Federal Təhülkəsizlik Xidmətinin əməkdaşları Tver vilayətində azərbaycanlılara qarşı əməliyyat keçirib.

Yenicag.az Modern.az-a istinadla xəbər verir ki, Rusiya Milli Qvardiyasının əsgərləri və digər hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Azərbaycan vətəndaşı olan 6 nəfər saxlanılıb.

Onların uzun müddət ərzində aksizi olmayan tütün və spirtli içki məhsullarının ticarəti ilə məşğul olduğu iddia edilib.

Məlumata görə, əməliyyat çərçivəsində müsadirə edilən məhsulların ümumi dəyəri 1 milyon rubl olaraq qiymətləndirilir.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью