Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Sverdlovsk vilayətində yaşayan Rusiya vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı ona məxsus ikiotaqlı mənzildə saxta qeydiyyata alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “E1” portalı məlumat yayıb. Qeyd olunub ki, buna səbəb onun özündən əlavə evdə səkkiz həmvətənlisi ilə faktiki olaraq yaşamaları olub.
Məhkəmənin qərarı ilə həmin şəxs cinayət məsuliyyətinə cəlb edilib, 200 min rubl məbləğində cərimələnib və dövlət tərəfindən təyin olunmuş vəkilin xərclərini ödəməyə məcbur edilib. Eyni zamanda, mənzilin müsadirə edilməsi barədə qərar qəbul olunub.
Qərarda bildirilib ki, sözügedən yaşayış sahəsi cinayət törətmək üçün vasitə kimi istifadə edilib və mülkiyyətçi tərəfindən yaşayış məqsədləri üçün faktiki olaraq istismar olunmayıb.
Tahir Turan
Globalinfo.az