Rusiyada balıqçılar adam boyda tunes tutublar FOTO

11.07.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Rusiyalı balıqçılar Saxalin sahillərində insan boyda orkinos (tunes) balıqları tutublar.

Bu barədə "Amur Mash" "Telegram" kanalı məlumat yayıb.

Balıqçılar bir gün ərzində üç nəhəng orkinos yaxalayıblar. Onlardan biri tilovu qıraraq dənizə qayıtmağa müvəffəq olub. Balıqçılar qalan iki qənimətlə kifayətlənməli olublar.

Nəhəng tropik orkinosların bu bölgədə peyda olması barədə məlumatlar iyunun əvvəlindən yayılmağa başlayıb. Əvvəllər Vladivostok sahillərində çəkisi maksimum 30-40 kiloqram olan balıqlara rast gəlinirdisə, indi balıqçılar uzunluğu təxminən iki metrə, çəkisi isə 100 kiloqramdan çox olan nəhəng orkinoslar ovlayırlar. /oxu.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью