Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Rusiyanın iri şəhərlərində barların sayı son bir ildə 6 faiz azalıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Vedomosti” 2GIS xidmətinin məlumatlarına istinadən yazıb.
Avqustun sonuna olan məlumata görə, əhalisi 1 milyondan çox olan Rusiya şəhərlərində ümumilikdə 5,9 min bar fəaliyyət göstərib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azdır.
Moskvada barların sayı 14 faiz azalaraq 1,9 minə düşüb. Krasnodarda isə azalma 10 faiz təşkil edib və şəhərdə 285 belə obyekt qalıb.
Bununla yanaşı, bəzi şəhərlərdə barların sayı artıb. Çelyabinskdə 8 faiz, Nijni Novqorodda 5 faiz, Kazanda 4 faiz, Permdə isə 3 faiz artım qeydə alınıb.
Wine Retail-in informasiya mərkəzinin rəhbəri Aleksandr Stavtsev Moskvadakı vəziyyəti şərh edərkən bildirib:
“Yeni barlar hələ də açılır. Lakin bağlanan obyektlərin sayı əhəmiyyətli dərəcədə çoxdur. Bazarda artan rəqabət, əhalinin alıcılıq qabiliyyətinin azalması, fəaliyyət xərclərinin və vergi yükünün artması obyektlərin vəziyyətinə ciddi təsir göstərir.
Həftəiçi günlərdə müştəri axını da əhəmiyyətli dərəcədə azalıb. İnsanlar getdikcə daha çox evdə qalmağa üstünlük verirlər. Bundan başqa, ümumilikdə spirtli içkilərə maraq azalır. Hətta maddi imkanları yüksək olan müştərilər də spirtli içkilərə daha az pul xərcləməyə başlayıblar”.
Ekspertlərin fikrincə, ən çətin vəziyyət şərab seqmentində müşahidə olunur. Yaş baxımından isə gənclər arasında spirtli içkilərdən imtina meyli daha güclüdür.
“Hazırda Moskvada ən çox premium və gənclər üçün nəzərdə tutulan barlar, eləcə də yeni reallığa uyğunlaşa bilməyən köhnə müəssisələr bağlanır. Daha demokratik formatlar, o cümlədən müxtəlif içkilərin təqdim edildiyi kiçik barlar isə vəziyyətə daha davamlıdır”, – deyə Stavtsev qeyd edib.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az xəbər verir ki, bu barədə “Vedomosti” 2GIS xidmətinin məlumatlarına istinadən yazıb.