Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Amerikalı reper Kanye Uestin Rusiyada keçirilməsi planlaşdırılan, lakin sonradan baş tutmayan iki konsert üçün təxminən 20 milyon dollar aldığı iddia olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya mediası öz mənbələrinə istinadən məlumat yayıb. Söhbət Sankt-Peterburqda keçirilməsi planlaşdırılan konsertlərdən gedir.
Məlumata görə, 20 milyon dollar reperin xalis qonorarını təşkil etmir. Bu məbləğdən onun komandası və digər heyət üzvləri ilə bağlı xərclərin də qarşılanması nəzərdə tutulub.
Mənbələrdən biri Kanye Uestin aldığı vəsaiti təşkilatçılara geri qaytarmaq öhdəliyinin olmadığını bildirib. Buna səbəb kimi isə müqavilədə belə bir bəndin yer almaması göstərilib.
Konsertlərin təşkilatçısı olan Say Agency şirkətinin rəhbəri Anna Subçeva isə 20 milyon dollarla bağlı məlumatı təkzib edib. O, belə bir məbləğin mövcud olmadığını bildirib. Bununla yanaşı, Subçeva konsertlərin ləğvi səbəbindən şirkətin maliyyə itkiləri ilə üzləşdiyini, lakin bu itkilərin öhdəsindən gələ biləcəyini deyib.
Subçeva həmçinin agentliyin heç bir qanunu pozmadığını və konsertlərin elanından sonra həm şirkətin, həm özünün, həm də Kanye Uestin çoxsaylı mənfi paylaşımlarla üzləşdiyini bildirib. Konsertlərin başqa tarixlərdə keçirilib-keçirilməyəcəyi ilə bağlı suala isə o, “Görəcəyik” cavabını verib.
Aydın