Rusiyada bir gecədə 275 Ukrayna PUA sı vurulub

21.11.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Rusiya hava hücumundan müdafiə qüvvələri gecə saatlarında ölkənin müxtəlif bölgələri üzərində 275 Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) aşkarlayaraq məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, noyabrın 20-si saat 20:00-dan noyabrın 21-i saat 08:00-dək davam edən müddətdə təyyarə tipli pilotsuz uçuş aparatları Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Oryol, Pskov, Rostov və Smolensk vilayətləri, həmçinin Krım Respublikası üzərində və Qara dənizin akvatoriyasında ələ keçirilərək məhv edilib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью