Rusiyada bir neçə vaqon relsdən çıxdı

13.12.2025

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Rusiyanın Penza vilayətində lokomotiv və yük qatarının toqquşması nəticəsində bir neçə vaqon relsdən çıxıb, qəza səbəbindən sərnişin qatarlarında gecikmələr gözlənilir.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Kuybyşev dəmir yolunun mətbuat xidməti məlumat yayıb.

"Kuybyşev dəmir yolunun Çais stansiyasında manevr işləri aparılarkən lokomotiv ilə yük qatarı arasında toqquşma baş verib. Nəticədə yük vaqonları relslərdən çıxıb", - məlumatda bildirilib.

Xəsarət alan olmayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью