Rusiyada bizim xeyrimizə olan PROSES

09.10.2026

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Rusiyada biçin mövsümünün başa çatması yanacaq bazarına ciddi təsir edib.

Avtosfer.az xəbər verir ki, kənd təsərrüfatı texnikasından, xüsusilə də kombaynlardan istifadənin azalması anbarlarda böyük həcmdə yay yanacağının toplanmasına səbəb olub. Regionlar tədricən qış yanacağına keçdiyi üçün istehsalçılar anbarda qalan yanacaqdan qurtulmaq istəyirlər. Havaların nisbətən mülayim keçdiyi Şimali Qafqaz regionunda isə bu qədər məhsulu noyabradək satıb qurtarmaq mümkün olmayacaq. Bu səbəbdən artıq yanacağın qonşu ölkələrə satılacağı istisna olunmur. 

Belə bir vəziyyət azərbaycanlı sürücülərin və nəqliyyat şirkətlərinin işinə yarayır. Hazırda kənd təsərrüfatı məhsullarının Azərbaycandan federasiyaya kütləvi daşınma mövsümüdür. Yanacaqdoldurma məntəqələrində vaxt itkisinin olmaması sürücülərin mənzil başına tez çatmasını şərtləndirən amillərdəndir. Bu həm logistika xərcləri, həm də məhsulun xarab olmaması üçün əhəmiyyətlidir. Nəzərə alsaq ki, Rusiyaya yolumuz Şimali Qafqazdan keçir və burada yanacaq bolluğu və ucuzluğu istənilən halda bizim xeyrimizədir.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью