Rusiyada böhran kəskinləşir: Ukrayna bununla sülhə məcbur edir

23.09.2025

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın müxtəlif ərazilərində ayrı-ayrı yanacaqdoldurma məntəqələrində benzinin çatışmazlığı müşahidə olunur. Xüsusilə özəl yanacaqdoldurma məntəqələri ən ciddi çətinliklərlə üz-üzə qalıblar.

"Ölkə.Az"ın Reuters-ə istinadən məlumatına görə, Rusiya bəzi benzin markalarının qıtlığı ilə qarşılaşır. Treyderlər və pərakəndə satıcılar bildirirlər ki, Ukraynanın neft emalı zavodlarına və ixrac terminallarına pilotsuz uçuş aparatları ilə hücumları hasilatın azalmasına səbəb olur, yüksək kredit faizləri isə özəl məntəqələrin ehtiyat yaratmasına imkan vermir.

Ukrayna Rusiyanın enerji infrastrukturuna zərbələri artıraraq Moskvanın ixrac gəlirlərini azaltmaq, ölkə daxilində narazılığı gücləndirmək və Kremlə sülh danışıqlarına başlamaq üçün təzyiq göstərməyə çalışır.

Hücumlar bəzi günlərdə Rusiyada neftin emalını demək olar ki, beşdəbir azaldıb, həmçinin əsas limanlardan ixracı məhdudlaşdırıb. Düzdür, dizel yanacağının böyük artıqlığı var, lakin benzinin istehsalı yalnız daxili tələbatı qarşılayır. Buna görə də emalın azalması qıtlığa səbəb ola bilər.

Hazırda yanacaqdoldurma məntəqələrində böyük növbələr müşahidə olunmasa da, geniş istifadə olunan AI-92 və AI-95 markalı benzinin tez-tez tapılmadığı bildirilir.

Benzin qıtlığı ilk dəfə avqust ayında Uzaq Şərqdə və Krımda qeydə alınıb. Daha sonra oxşar problemlər Volqo-Vyat bölgəsində, Rusiyanın cənubunda və mərkəzi hissəsində də ortaya çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью