Rusiyada Boris Nemtsovun qızı qiyabi həbs olundu KONKRET

03.08.2026

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya məhkəməsi müxalif siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsova barəsində qiyabi həbs qərarı çıxarıb.

KONKRET.az xəbər verir ki, Moskva məhkəməsi Janna Nemtsovanı “arzuolunmaz təşkilatın fəaliyyətini təşkil etməkdə” ittiham edib.

Janna Nemtsova Almaniyada qeydiyyatdan keçmiş Boris Nemtsov Azadlıq Fondu nun həmtəsisçisidir. Rusiya hakimiyyəti bu fondu 2024-cü ildə “arzuolunmaz təşkilatlar” siyahısına daxil edib.

Boris Nemtsov 2015-ci ildə Kremlin yaxınlığında qətlə yetirildikdən sonra onun qızı Rusiyanı tərk edib və hazırda xaricdə yaşayır.

Janna Nemtsova məhkəmənin qərarına ironik reaksiya verərək bildirib ki, sözügedən fond Rusiyada deyil, Almaniyada yaradılıb və Bonnda qeydiyyatdan keçib.

Rusiyada “arzuolunmaz təşkilatın fəaliyyətini təşkil etmək” ittihamı ilə şəxsləri 6 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Natiq Səlim,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью