Rusiyada cadu əşyalarının satışı rekord həddə çatdı

28.01.2026

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyada cadu, sehr və fal əşyalarına tələbat ildən- ilə artır.

KONKRET.az xəbər verir ki, bu barədə ABN24 saytı məlumat yayıb. İnformasiyada deyilir ki, ruslar orta hesabla ezoterik əşyalara 9400 rubl xərcləyiblər. Keçən illə müqayisədə bu əşyalara xərcləmə 10% artıb. Fal üçün xüsusi dəstlər ən populyar alış-veriş olub və sehrbazların 32%-i tərəfindən seçilib. Orta hesabla onların qiyməti 761 rubl olub.

Şaman zərb alətlərinin populyarlığı təxminən ikiqat artaraq 4100 rubla başa gəlib. Fal kartlarına tələbat dəyişməz qalıb. Kartların orta dəsti 711 rubla satılıb ki, bu da əvvəlki illə müqayisədə 11% artım deməkdir.

Rusların şüşə toplara marağı 146% artıb. Bu aksessuarın qiyməti 10% azalaraq 661 rubla düşüb. Vudu kuklaları və ağcaqovaq çubuqlarına da tələbatın artması müşahidə olunub.

Qeyd edək ki, ağcaqovaq çubuqları vampirlərlə mübaruzə üçün istifadə edilir.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью