Rusiyada canlı itkilərin sayı rekord qırdı: NATO milyondan danışır

13.12.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

Ukraynada münaqişə başlayandan bəri 1 milyondan çox insan ölüb və ya yaralanıb.

Publika.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin fevralından bəri davam edən döyüş bölgəsində hər həftə 10 mindən çox insan ölür və ya yaralanır.

“Cəbhədəki vəziyyət yavaş-yavaş dəyişir və ruslar üçün çox baha başa gəlir. Onlar artıq 700 min insan itirib. Bu ay Rusiya itkilərinin sayında rekord qırır", - NATO baş katibi deyib.

Adəm Abbaslı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью