Rusiyada cavabı bəlli sual: Niyə yaponlara çata bilmirik?

03.09.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya hökuməti avtomobil sənayesinin 2035-ci ilədək inkişaf strategiyasını təsdiq edib.

Avtosfer.az xəbər verir ki, strategiyanın başlıca məqsədi illik avtomobil istehsalını 2,8 milyon ədədə çatdırmaqdır. Müqayisə üçün deyək ki, federasiyada 2025-ci ildə 830 min minik və avtomobili, avtobus və trolleybus istehsal edilib. Sənədə görə həmçinin, 2035-ci ilədək hibrid və elektromobillərin istehsalına keçid də reallaşmalıdır. 

Sənəd ictimailəşdikdən sonra sosial şəbəkənin rus seqmentində ciddi müzakirələrə səbəb olub. Bir çox rus sözügedən strategiyanı 2030-cu ilədək 1000 təyyarə istehsalı planı ilə müqayisə edib (2 il əvvəl qəbul edilmiş planda say 800-ə endirilib, lakin heç 60 təyyarə hazırlanmayıb). 

Başqa bir qrup isə maraqlı sual ortaya qoyub: Yaponiya hökuməti belə planlar qəbul etməsə də, təkcə “Toyota” ötən il 11,2 milyon avtomobil istehsal edib, 11,3 milyon satış həyata keçirib. Bundan başqa, “Nissan”, “Subaru” və “Suzuki” ayrı-ayrılıqda Rusiyadan daha çox maşın istehsal edir. Niyə görə ərazi və resurs cəhətdən dəfələrlə kiçik olan Yaponiyaya çata bilmirik? 

Bizcə, cavab aydındır, əlavə sözə lüzum yoxdur.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью