Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyada çikunqunya qızdırmasına yoluxma halı aşkar edilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, xəstə Seyşel adalarında tətil etdikdən sonra Moskvaya gəlib. Bu barədə Rospotrebnadzorun mətbuat xidməti məlumat verib.
"Rusiya Federasiyasında çikunqunya qızdırması qeydə alınıb. Rospotrebnadzor (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət) bu xəstəliyin digər ölkələrdən idxal riski ilə bağlı əvvəlcədən xəbərdarlıqlar edib və agentliyin mütəxəssisləri bu vəziyyətə hazır olublar. Xəstə Seyşel adalarında tətildən sonra Moskvaya gəlib", - deyə açıqlamada bildirilir.
Agentlik qeyd edib ki, xəstə tətildə olarkən ağcaqanad sancmaları barədə məlumat verib və kovuculardan istifadə etməyib. Ölkəyə qayıtdıqdan sonra o, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, çikunqunya qızdırması birbaşa insandan insana deyil, yoluxmuş ağcaqanadların dişləmələri vasitəsilə ötürülür.
Anar