Rusiyada Çin smartfonlarının qiymətləri artacaq

30.01.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çin smartfon istehsalçıları fevral ayında məhsullarının qiymətlərinin artırılması ilə bağlı Rusiya pərakəndə satış şirkətlərinə bildiriş göndəriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti iki mənbəyə istinadən məlumat yayıb. 

Qəzetin mənbələrindən birinin məlumatına görə, ən əhəmiyyətli dəyişikliklər orta və yüksək səviyyəli qiymət seqmentlərində gözlənilir. 

Qeyd edilir ki, yeni qiymətlərlə smartfonlar rəflərə 2026-cı ilin mart və ya aprel aylarında çıxacaq. Markadan və yaddaş tutumundan asılı olaraq, onlar 15-30% daha baha satılacaq.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью