Rusiyada cinayətkar dəstə yaradan erməni idmançı saxlanıldı

01.12.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiyanın Tula şəhərində 36 yaşlı qarışıq döyüş növləri (MMA) üzrə idmançı Tiqran Ohanesyan saxlanılıb. İlkin məlumatlara görə, o, quldurluq və hədə-qorxu yolu ilə pul tələb etmə ilə məşğul olan cinayətkar qrupun rəhbəri olub.

Axar.az xəbər verir ki, “Tula uğrunda döyüş” turnirinin dəfələrlə qalibi olan idmançı və məşqçi beş şagirdindən ibarət dəstə yaradıb.

Dəstə üzvləri özlərini güc strukturlarının əməkdaşları kimi təqdim edərək Tula və Şyokino sakinlərindən 500–800 min rubl məbləğində pul alıblar. Saxlanılan şəxslər barəsində “Quldurluq” və “Hədə-qorxu yolu ilə tələb etmə” maddələri üzrə cinayət işləri açılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью