Rusiyada çoxmərtəbəli binaya PUA düşdü, sakinlər təxliyə edildi FOTO

04.01.2025

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Voronejdə çoxmərtəbəli yaşayış binasına pilotsuz uçuş aparatı (PUA) hücumu olub.
Bizim.Media xəbər verir ki, Voronej vilayətinin qubernatoru Aleksandr Qusev səhər saatlarında ən azı beş pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini bildirib.
Onun sözlərinə görə, PUA-ların qalıqları şəhərin Sol Sahil rayonunda yaşayış binalarına düşüb. Ölən və yaralananlar olmayıb.
Daha sonra əlavə edib ki, binadan yüzə yaxın sakin təxliyə edilib:
“Bir çox sakinlər qohumlarının yanına sığınıb, bəziləri üçün sığınacaq avtobuslar hazırlanıb və yaxınlıqdakı orta məktəbdə müvəqqəti yaşayış məntəqəsi təşkil edilib”.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью