Rusiyada da zəlzələ oldu

11.06.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın Kamçatka bölgəsində - Berinq adası akvatoriyasında 6 maqnitudalı zəlzələ qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Yeraltı təkanlar Petropavlovsk-Kamçatskdən 483 kilometr aralıda, Nikolskoye yaşayış məntəqəsinin yaxınlığında baş verib. Seysmik hadisənin episentri təxminən 28 kilometr dərinlikdə yerləşib.

Dağıntı və itki qeydə alınmayıb, sunami təhlükəsi elan edilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью