Rusiyada daha bir azərbaycanlı saxlanıldı

10.08.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan vətəndaşı Sahibzadə Namiq Hümət oğlunun Rusiyada saxlanıldığı bildirilir.

"Cebheinfo.az"-a müraciət edən ailə üzvünün sözlərinə görə, Namiq Sahibzadə Moskvada hava limanında saxlanılıb və daha sonra Moskva-Samara istiqamətinə göndərilib. Hazırda onun Samara hava limanının xüsusi bölməsində saxlanıldığı iddia olunur.

Ailə üzvünün sözlərinə görə, Namiq Sahibzadəyə qarşı tərəfdən müharibəyə getməsi və ya pul ödəməsi ilə bağlı tələb irəli sürülüb.

“Deyirlər ki, ya müharibəyə getməlisən, ya da pul verməlisən”, – deyə ailə üzvü bildirib.

Ailə Namiq Sahibzadənin vəziyyəti ilə bağlı narahatlıq keçirdiyini və onun azadlığa buraxılmasını istəyir.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənməyə çalışacağıq.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью