Rusiyada daha bir general saxlanıldı

07.07.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Rusiya Milli Qvardiyasının rəhbərinin keçmiş birinci müavini Viktor Striqunov vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətxorluq ittihamı ilə saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb. 

Məlumata görə, Striqunov 2020-ci ilin yanvarında Rusiya Milli Qvardiyasının rəhbərinin birinci müavini vəzifəsinə başlayıb. Bundan əvvəl o, Milli Qvardiyanın Sibir dairəsinin qoşunlarına komandanlıq edib. 2017-ci ildə məmur general-polkovnik rütbəsi alıb.

Gülayə Mecid 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью