Rusiyada daha bir hərbçinin avtomobili partladı VİDEO/FOTOLAR

27.08.2026

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Sankt-Peterburqda avtomobilin partlaması nəticəsində bir hərbçi həlak olub.
Təhlükəsizlik orqanları ilə əlaqəli Telegram kanallarının məlumatına görə, Sankt-Peterburqun Rostovskaya küçəsində sürücü mühərriki işə salan kimi Çin istehsalı olan "Geely" markalı krossover partlayıb.
Partlayışın gücü avtomobilin arxa şüşəsini sındırıb, kapot və arxa bamperini qoparıb, qəlpələri isə onlarla metr məsafəyə səpələyib.
Məlumatlara görə, Kolpinskoye şosesində partlayan avtomobildə hərbçi və onun həyat yoldaşı olub. Kişi həlak olub, qadın isə reanimasiyadadır.
Hazırda hərbçinin şəxsiyyəti və rütbəsi müəyyənləşdirilir.






Alparslan
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью