Rusiyada Daxili İşlər Nazirliyinin binasında partlayış baş verib

15.01.2026

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyada, Komi Respublikasının paytaxtı Siktivkarda Daxili İşlər Nazirliyinin binasında partlayış baş verib.

AzPost SHOT teleqram kanalına istindaən bildirir ki, partlayış zamanı yeddi nəfər yaralanıb.

Nazirliyin peşə hazırlığı mərkəzinin akt zalında naməlum qurğu partlayıb. Binada tikinti işləri gedirdi. Hazırda təcili yardım xidmətləri hadisə yerində işləyir.

**

Siktivkarda Daxili İşlər Nazirliyinin peşə təlim mərkəzində səs qumbarası partlayıb. SHOT-un məlumatına görə, yaralıların sayı 10-a çatıb. Bəziləri pəncərələrdən qaçıb. Bina güclü tüstü ilə doludur. Təxminən 200 nəfər təxliyə edilib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью