Rusiyada DƏHŞƏT: Yaşayış binası vuruldu Ölən var

31.07.2026

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Volqoqrad şəhərinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində 1 nəfər həlak olub, 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hurriyyet.Media xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov məlumat verib.

Onun sözlərinə görə, həlak olan qadının meyiti Krasnoarmeyski rayonunun Bulatkin küçəsində yerləşən yaşayış binasının dağıntıları altında aşkar edilib.

Yaralananlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью