Rusiyada dəhşətli avtoqəza

07.08.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sverdlovsk vilayətində 2 minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər faciəli şəkildə dünyasını dəyişib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə bu səhər Beloyarsk yolunun 10-cu kilometrliyində baş verib.

Yükək sürətlə hərəkətdə olan "Renault Duster" qarşı yola çıxıb və "Chevrolet Lanos" ilə toqquşub. Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi yol kənarına düşüb. Üstəlik, "Chevrolet Lanos"da yanğın başlayıb. Qapıların kilidlənməsi üzündən salonda olan 4 nəfərin hamısı diri-diri yanıb.

Qeyd edək ki, "Renault Duster"in sürücü də ağır xəsarətlər aldığından hadisə yerində keçinib.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью