Rusiyada dəhşətli gəmi qəzası: ölənlər var

11.10.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın İrkutsk vilayətində sürətli qayıqla gəmi toqquşub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsi məlumat yayıb.

“Məlumata görə, qayığın göyərtəsində beş nəfər olub. Toqquşma nəticəsində bir nəfər yaralanıb, üç nəfər ölüb, daha bir sərnişinin axtarışları davam edir. Gəmidə olan doqquz nəfər xəsarət almayıb”, – məlumatda qeyd olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью