Rusiyada dəmiryolunda partlayış olub, iki qatarın hərəkəti dayanıb

05.06.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Rusiyanın Voronej vilayətində dəmiryolunda partlayış olub.

APA-nın Rusiya bürosu yerli teleqram kanallarına istinadən xəbər verir ki, nəticədə iki qatarın hərəkəti dayanıb.

Bildirilib ki, Yevdakovo və Saqunami stansiyaları arasında baş verən partlayış nəticəsində dəmiryol xətti zədələnib.

İlkin məlumata görə, yaralanan olmayıb. Hadisə yerində təcili xidmətlər işləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью