Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Rusiyada yayılan tənəffüs yolu virusları arasında qeyri-qrip virusları üstünlük təşkil edir.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Rospotrebnadzor" məlumat yayıb. Bildirilib ki, bu kimi xəstəlik halları 98,2% təşkil edir.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, qrip virusları arasında B və C tipli donuz qripi də aşkarlanıb.
"Virusoloji monitorinqin nəticələrinə görə, yayılan qeyri-qrip virusları arasında rinoviruslar da var. Belə viruslar 51,6% təşkil edib. Bundan başqa paraqrip - 16,3% və qrip virusları - 1,8% səviyyəsində qeydə alınıb. Hətta onlar arasında A (H1N1), B və C virusları aşkar edilib", - deyə açıqlamada bildirilir.
Anar