Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Domodedovo xəstəxanası 6 noyabrda özünün Telegram kanalında bildirib ki, Rusiyanın Moskva bölgəsində son bir ayda dördüncü meymunçiçəyi (mpox) infeksiyası halı qeydə alınıb.
Məlumatı “Anadolu” yayıb.
“Moskva bölgəsində daha bir meymunçiçəyi xəstəliyi aşkarlanıb. Xəstə Barselonaya turist səfərindən qayıdan 50 yaşlı kişidir”, - deyə mətndə bildirilir.
Məlumata görə, kişi özünü pis hiss edib, qızdırması qalxıb və bədənində xarakterik səpkilər əmələ gəlib, bundan sonra tibbi yardım alıb. Hazırda o, müalicə alır və həkimlər vəziyyətini qənaətbəxş hesab edirlər.
Xəstəxananın mətbuat xidməti qeyd edib ki, bu, son bir ayda yüksək yoluxucu xəstəliyin dördüncü halıdır.
P.ƏMİRCANOV
XQ