Rusiyada əcnəbilərin sayı 700 min nəfər azalıdı

06.05.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyada yaşayan əcnəbilərin sayı son bir ildə 700 min nəfər azalıb.
Bizim.Media xəbər verir ki, 2026-cı ilin aprelində Rusiya ərazisində 6,1 milyon xarici ölkə vətəndaşı olub. Bir il əvvəl isə bu göstərici 6,8 milyon nəfər təşkil edirdi.
 

Məlumata görə, 2026-cı ilin birinci rübündə Rusiyaya 2,5 milyon əcnəbi daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz azdır.


Ölkəyə gələnlərin təxminən 1,8 milyonu MDB ölkələrinin vətəndaşlarıdır.
Eyni zamanda, 2026-cı ilin birinci rübündə əcnəbilər tərəfindən 7,6 min cinayət törədilib.
Bildirilir ki, bu göstərici illik müqayisədə təxminən 39 faiz azalıb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью