Rusiyada erkən evlilik ÇAĞIRIŞI

20.05.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Rusiyada evlilik yaşının 14-ə qədər endirilməsi ilə bağlı təklif ölkədə yeni müzakirələrə səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, Demoqrafiya, Miqrasiya və Regional İnkişaf İnstitutunun Müşahidə Şurasının sədri Yuri Krupnov hesab edir ki, gənclik yaş həddinin 39 yaşa qədər artırılması insanları daha gec evlənməyə sövq edir. O, ailə qurma yaşının mərhələli şəkildə aşağı salınmasını təklif edib.

Krupnovun fikrincə, erkən yaşda evliliklərin qarşısındakı maneələr aradan qaldırılsa, ölkədə pisləşən demoqrafik vəziyyətin yaxşılaşdırılması mümkün ola bilər.

Lakin mütəxəssislər bu yanaşmanın problemi həll etməyəcəyini bildirirlər.

Sosial Marketinq İnstitutunun Siyasi Analiz direktoru Viktor Poturemskiy təklifi “tamamilə populist” adlandırıb.

Poturemskiyin sözlərinə görə, demoqrafiya yalnız insanların hansı yaşda evlənməsi ilə bağlı məsələ deyil. O bildirib ki, uşaq sahibi olmaq qərarında iqtisadi şərait, mənzil problemi, iş təhlükəsizliyi və sosial mühit daha mühüm rol oynayır.

Ekspert əlavə edib ki, dövlətin sosial öhdəlikləri də bu halda artacaq.

Poturemskiy qeyd edib ki, gənc yaşda evlənən cütlüklərin əksəriyyətinin nə sabit gəliri, nə də yaşayış sahəsi olur. Bu isə gənc ailələrin ciddi iqtisadi çətinliklərlə üzləşməsinə səbəb ola bilər.

Rusiyada son illərdə doğum göstəricilərinin azalması Kremlin əsas problemlərindən birinə çevrilib. Hökumət demoqrafik böhranın qarşısını almaq üçün müxtəlif təşviq mexanizmləri üzərində işləyir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью