Rusiyada erməni iş adamı ilə bağlı insident 6 nəfər saxlanıldı | Icma.az
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Çərşənbə axşamı Moskvanın Yaroslavsk vağzalında erməni iş adamı və bloger Areq Şepixin (Ohanesyan) dindarların hisslərini təhqir etmək və ləyaqətini alçaldan hərəkətlərə yol verməklə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev öz “Telegram” kanalında bildirib.
O, Çeçenistan Daxili İşlər Nazirliyinin iyunun 3-dən müvafiq araşdırma apardığını qeyd edib.
Dudayev həmçinin qeyd edib ki, Şepixin oğurlanmayıb, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Dudayev onların paytaxtın müvafiq idarələri ilə birgə işlədiklərini bildirib.
Onun sözlərinə görə, bloger açıq şəkildə və dəfələrlə dini və Allahı təhqir edib, etnik təmizləməyə və nasizmə çağırıb, ekstremist fikirlər səsləndirib.
Nazirin sözlərinə görə, Dövlət Dumasının deputatı Adam Delimxanov Şçepixinin törətdiyi cinayətlər barədə məlumatları Moskva hüquq-mühafizə orqanlarına ötürüb.
Tam oxu
Xəbəri oxu