Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Rusiya Federasiyasında hələ də əsirlikdə olan 2577 ukraynalı hərbçi var.
“AzPolitika” xəbər verir ki, bunu Ukraynanın itkin düşmüş şəxslər üzrə müvəkkil Artur Dobroserdov ATƏT-in tədbirində deyib.
O qeyd edib ki, 680 nəfər, o cümlədən 91 mülki şəxs haqqında məlumat Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən hələlik təsdiqlənməyib. Bundan əlavə, əvvəl əsir düşdüyü güman edilən 8 nəfərin həlak olduğu müəyyən edilib.
Dobroserdovun sözlərinə görə, Rusiyanın ATƏT öhdəliklərini pozması və beynəlxalq humanitar hüququn digər pozuntuları ilə bağlı beynəlxalq səviyyədə hesabat dərc ediləcək.
“AzPolitika.info”