Rusiyada evlərdəki su kranlarından nəcis axmağa başladı... İYRƏNCLİK!..

07.11.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Rusiya şəhərlərindən birində evlərdəki su kranlarından nəcis axmağa başlayıb

Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin ikinci böyük şəhəri olan No­yabrskda içməli suyun nəcis mənşəli çirklənməyə məruz qalması aşkarlanıb. Şəhər sakinlərinin evlərinə və hətta uşaq bağçalarına çirklənmiş suyun daxil olduğu bildirilir.

Moderator.az xəbər verir ki, bu barədə “Korrespondent.net” nəşri  Rusiyanın mediasına istinadla məlumat yayıb.

Məlumata görə, şəhərdə su təchizatı ilə bağlı problemlər avqust ayında magistral su kəmərində baş verən qəzadan sonra başlayıb. Sakinlər kranlardan qəhvəyi rəngli su axmasından, suyun mütəmadi kəsilməsindən və kommunal xidmətlərin vəziyyətlə bağlı yetərli məlumat verməməsindən şikayətləniblər.

Sentyabrın 14-17-də Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) apardığı yoxlamalar zamanı su nümunələrində kimyəvi maddələrin normadan artıq miqdarı, eləcə də koliform bakteriyalar aşkarlanıb. Bu bakteriyalar suyun nəcis mənşəli çirklənməyə məruz qalmış ola biləcəyini göstərir.

Çirklənmənin yaşayış binalarında, eləcə də “Sineq­lazka” uşaq bağçasında qeydə alındığı bildirilir.

"Rospotrebnadzor" xəbərdarlıq edib ki, koliform bakteriyalarla çirklənmiş suyun istifadəsi kəskin bağırsaq infeksiyaları, qastroenterit, ishal, dizenteriya, salmonellyoz və A hepatiti kimi xəstəliklərə səbəb ola bilər.

Problemlər sentyabrın 11-də təmir edilmiş magistral su kəməri hissəsinin yenidən istismara verilməsindən sonra daha da kəskinləşib. Yerli hakimiyyət orqanları çirklənməyə görə məsul şəxsi hələ müəyyən edə bilməyib. Bunun üçün suyun təmizlənməsi məntəqəsindən başlayaraq bütün su təchizatı sisteminin yoxlanılmasının zəruri olduğu bildirilir.

Qeyd edək ki, "Rospotrebnadzor"un açıqlamasına görə, 2026-cı ilin oktyabrında aparılan növbəti yoxlamalarda tədqiq edilən göstəricilər üzrə suyun keyfiyyətində uyğunsuzluq aşkarlanmayıb.

Moderator.az-ın araşdırmasından bəlli olub ki, bu, şimal qonşumuzda ilk belə hadisə deyil. Oxşar hadisə bu ilin iyulunda Tümendə və 20212-c ildə Çelyabinsk vilayətindəki uşaq bağçalarından birində də baş verib.

S.Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью