Rusiyada federasiya prezidenti azadlıqdan məhrum edildi

26.12.2024

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Su Polosu Federasiyasının sabiq prezidenti Aleksey Vlasenko 7 il müddətinə azadlıqdan məhrum edilib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Rusiya Olimpiya Komitəsi prezidentinin keçmiş müşaviri 450 milyon rubl məbləğində dələduzluqda təqsirli bilinib.

O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.

Qeyd edək ki, Aleksey Vlasenko 2013-cü ildə törətdiyi əməllərə görə həbs olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью