Rusiyada fişəng zavodunda yanğın baş verib, 5 nəfər ölüb

28.09.2026

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın Yaroslavl vilayətində pirotexniki vasitələrin istehsalı müəssisəsində baş verən yanğında 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, zavod Pereslavl-Zalesski bələdiyyə dairəsinin Kubrinsk kəndində yerləşir.

"Uçmuş konstruksiyaların söküntüsü zamanı həlak olan beş nəfərin meyiti aşkarlanıb. Ayağından xəsarət alan bir qadın təcili yardım briqadasına təhvil verilib", - Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə idarəsinin bəyanatında bildirilib.

Müəssisənin ərazisində iki binanın alovlandığı qeyd olunur. Yanğının söndürülməsində 100-dən çox insan və 40 ədəd texnika iştirak edir. Yanğınsöndürənlər yanğını lokallaşdıra biliblər, işlər davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью