Rusiyada futbol hakimi oyun zamanı ölüb

25.04.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində futbol hakimi oyun zamanı ölüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, 45 yaşlı Artur İksanov faşizm üzərinrə Qələbənin 80 illiyi münasibətilə keçirilən turnirdə oyun zamanı qəfil özünü pis hiss edib və huşunu itirib.

Hadisə yerinə təcili tibbi yardım maşını gəlib, lakin onlar hakiminin həyatını xilas edə bilməyiblər.

İlkin məlumata görə, o, ürək tutmasından dünyasını dəyişib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью