Rusiyada futbolçuların maaşı azaldıla bilər

20.01.2025

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

SSRİ yığmasının keçmiş müdafiəçisi Ponomaryov futbolçuların maaşını azaltmağı təklif edib.

Teleqraf.az xəbər verir ki, Ponomaryov rus futbolçuların son vaxtlar çox qazandığını deyib.

Sabiq futbolçu bildirib ki, maaşı 10 min dollaradək azaltmaq lazımdır. Bu, aya milyon rubl edir. Hazırda futbolçular daha çox qazanırlar və Ponomaryovun fikrincə, onlar maaşlarını hara xərcləyəcəklərini bilmirlər.

Keçmiş müdafiəçi bu təklifi Rusiyanın Futbol İttifaqına ünvanlayıb. Sabiq futbolçu onu da qeyd edib ki, özü cəmi 300 rubl alıb və bu pul ona geninə-boluna çatırmış.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью