Rusiyada general həbs olundu FOTO

01.10.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Baş İdarəsinin təlim-maddi bazası şöbəsinin rəisi general-mayor Sergey Nikituşkin həbs edilib. 

”AzPolitika” xəbər verir ki, bu barədə ilk olaraq “Mash” kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, həbs qərarı 30 sentyabr axşamı verilib. 51 yaşlı general istintaq müddətində həbsxanaya göndərilib. Generala qarşı irəli sürülən ittiham hələlik açıqlanmır.

“Mash” xəbər verir ki, Ukraynaya qarşı müharibədə iştirak etmiş Nikituşkin Hava Hücumundan Müdafiə Qüvvələrində xidmət edib və 2024-cü ilin dekabrında general-mayor rütbəsinə yüksəlib. İlkin məlumata görə, o, Rusiyada tank təlim meydançalarının modernləşdirilməsində iştirak edib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью