Rusiyada general saxlanıldı KONKRET

07.09.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Rusiyada yüksək rütbəli polis əməkdaşlarının və iri biznes nümayəndələrinin iştirakı ilə baş tutan irimiqyaslı korrupsiya cinayətinin üstü açılıb.

KONKRET.az xəbər verir ki, Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib ki, general-mayor Sergey Malkov motor yanacağının mənimsənilməsi işi üzrə saxlanılıb.

İstintaq materiallarına əsasən, işdə həmçinin Moskva vilayəti üzrə Baş GİN-in Təsərrüfat və Sosial Təminat Mərkəzinin (TSİM) sabiq rəisi Aleksey Suyarov, həmin mərkəzin şöbəsinin sabiq rəisi Anna Levina və “Evrotrans” PAO-nun dörd top-meneceri (o cümlədən İdarə Heyətinin sədri İqor Martınov) əsas fiqurantlar kimi keçirlər.

Şirkətin üç top-meneceri artıq həbs edilib. Malkov, Suyarov və Levina daxili işlər orgalarından xaric olunub və digər təqsirləndirilən şəxslərlə birlikdə saxlanılaraq barələrində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət göndərilib.

Faktla bağlı Cinayət Məcəssəsinin mənimsəmə maddəsi üzrə cinayət işi başlanıb, istintaqı Rusiya DİN-in İstintaq Departamenti aparır.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью