Rusiyada güclü partlayış: Ukrayna mühüm zavodu vurdu VİDEO

09.06.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Ukrayna ordusu Rusiya Müdafiə nazirliyi üçün məhsullar istehsal edən Çeboksarıdakı zavodu vurub.

Globalinfo.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Belə ki, pilotsuz təyyarələr Çuvaşiyanın paytaxtı Çeboksarıya hücum edib və şəhərdə gurultulu partlayışlar baş verib.

Məlum olub ki, hücum Rusiya ordusunun dronlarını Ukraynanın elektron müharibə sistemlərindən qoruyan və “Kometa” antenaları istehsal edən müəssisəyə edilib.

Çuvaşiyanın rəhbəri “VNIIR-Proqres” ASC-yə dron hücumunu təsdiqləyib.

Bildirilib ki, iyunun 9-da müəssisə fəaliyyətini müvəqqəti dayandırıb.

Hər hansı dağıntı və tələfat yoxdur.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью