Rusiyada GÜCLÜ zəlzələ baş verdi

10.11.2024

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada güclü zəlzələ baş verib.

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, yerli vaxtla saat 20:11-də Buryatiyanın Okinski rayonunda5 bal gücündən olan zəlzələ qeydə alınıb.

Zəlzələnin episentri Orlik kəndinin on kilometrliyində olub.

Seysmik hadisə İrkutsk vilayətində də hiss olunub. Zima şəhərində - təxminən dörd bal, İrkutsk, Anqarsk, Usolye-Sibirski və digər şəhərlərdə - təxminən üç bal qeydə alınıb.

İrkutsk vilayətinin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dağıntı və tələfat olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью