Rusiyada güclü zəlzələ OLDU

08.12.2024

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Şimali Kuril adalarının (Rusiya) sahillərində güclü zəlzələ qeydə alınıb.

"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmoloji stansiyasının rəhbəri Yelena Semyonova məlumat verib.

Mütəxəssisin sözlərinə görə, yeraltı təkanların gücü 6,1 bal olub. Təbii fəlakətin episentri Oxot dənizində olub.

Semyonovanın sözlərinə görə, zəlzələnin mənbəyi 291 km dərinlikdə və Matua adasından 86 km məsafədə yerləşib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью