Rusiyada güclü zəlzələ oldu

10.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Rusiyada güclü zəlzələ baş verib.

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, saat 20:11-də Buryatiyanın Okinski rayonunda 5 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin episentri Orlik kəndinin on kilometrliyində olub.

Seysmik hadisə İrkutsk vilayətində də hiss olunub. Zima şəhərində - təxminən dörd bal, İrkutsk, Anqarsk, Usolye-Sibirski və digər şəhərlərdə - təxminən üç bal qeydə alınıb.

İrkutsk vilayətinin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dağıntı və tələfat olmayıb.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью