Rusiyada güclü zəlzələ oldu Yeni Sabah

17.11.2024

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Kamçatkanın şərq sahillərində gecə saatlarında 5,5 bal gücündə zəlzələ baş verib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb. Kamçatka filialının məlumatına görə, seysmik hadisənin ocağı 47,6 kilometr dərinlikdə yerləşib.

Bölgədə sunami təhlükəsi elan olunmayıb və dağıntılar barədə məlumat daxil olmayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью